Rusiyanın “IrAero” şirkəti avqustun 1-dən Novosibirsk–Bakı– Novosibirsk marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 5-ə çatdıracaq.
Məlumata görə, aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri “Superjet-100″ markalı təyyarələrilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 17 min rubldur (təxminən 510 manat)
“IrAero” bu uçuşlarla Novosibirskdən beynəlxalq uçuşlar proqramını əhəmiyyətli dərəcədə genişləndirir”, – deyə aviaşirkətin mətbuat katibi Nikolay Bessonov bildirib.