Aprelin son həftəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Novosibirsk vilayəti üzrə idarəsinin mütəxəssisləri bu il dondurmanın ilk ixrac partiyasına baytarlıq nəzarəti həyata keçiriblər.
12 ton süd məhsulunun razılaşdırılmış baytarlıq şəhadətnaməsi blankı ilə birlikdə Azərbaycana göndərilməsi nəzərdə tutulub.
Novosibirsk istehsalçısı tərəfindən hazırlanan məhsul partiyasının idxalçı ölkənin tələblərinə cavab verdiyi bildirilir.