16 C
Baku
Saturday, November 2, 2024

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı artırıldı

8 gün ardıcıl istirahət.

Azərbaycanın Nazirlər Kabineti Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.

Beləliklə, indi Novruz bayramı ilə əlaqədar martın 20, 21, 22, 23, 24, 25, 26, 27-də daxil olmaqla, 8 gün ardıcıl qeyri-iş günüdür (martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün ayın 25-i və 26-sı da qeyri-iş günlə sayılır).

Bizimyol

Son xəbərlər
Digər xəbərlər