Novruz bayramını Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Novruz şənliklərinin keçirilməsi vətəndaşların marağını cəlb edir. Azərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlər üçün Banker.az qiymətlərlə maraqlanıb.
Quba Palace Hotel – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən beş ulduzlu oteldir. “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace” Azərbaycanda ilk qolf meydançasına malik olan oteldir. Deluxe dağ mənzərəli 20-21 mart tarixlərində iki nəfərlik otaq 280 AZN-dir. Bu qiymətə səhər və nahar yeməyi daxildir. Ancaq göl mənzərəli deluxe otaq səhər, nahar yeməyi birlikdə 300 AZN təşkil edir.
Lankaran Springs Wellness Resort – “Lankaran Springs Wellness Resort” balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. 31 marta qədər yerlər doludur, boş yer yoxdu. 31 mart-1 aprel tarixində 1 gecəlik 155 AZN, 31 mart-2 aprel tarixində 2 gecəlik isə 330 AZN-dir.
Shahdag Hotel& Spa – Şahdağ & Spa Otel Bakıdan 230 km şimalda, dağların mənzərəli və sakit yerində yerləşir. Bağlı bir hovuz, idman salonu, sauna və bir Türk buxar hamamı olan bir spa sahəsi var. Pulsuz Wi-Fi və pulsuz park təmin olunur. Oteldə bir gecəlik iki nəfər üçün plaza mənzərəli deluxe king otağın qiyməti 162 AZN, dağ mənzərəli deluxe king otağın qiyməti isə 189 AZN-dir və səhər yeməyi və vergilər də qiymətə daxildir.
Pik Palace Shahdag – Şahdağda yerləşən Pik Palace Oteldə spa və sağlamlıq mərkəzi, sauna var. Həmçinin otel pulsuz WiFi və pulsuz parkinq ilə təmin edir. Deluxe King otaq səhər yeməyi ilə bir yerdə 20-21 martda 220 AZN, dağ mənzərəli king otaq isə səhər yeməyi də daxil olmaqla 285 AZN-dir.
Qafqaz Riverside Hotel – Spa mərkəzi, açıq və qapalı hovuz və pulsuz Wifi olan bu kurort Qəbələ şəhərindəki Dəmiraparan çay sahilində yerləşir. Bu oteldə 20-21 mart tarixində 1 gecəyə iki nəfərlik otaq səhər yeməyi daxil olmaqla 225 AZN təşkil edir. Əlavə vergi isə 3 AZN təşkil edir. Ancaq oteldə səhər yeməyi daxil olmaqla “kral” dəsti 1 gecəyə iki nəfərlik 1 170 AZN nəzərdə tutulub.
Qafqaz Tufandag Mountain Resort Hotel – Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Bu oteldə bir gecəlik iki nəfər üçün deluxe otağın qiyməti 275 AZN-dir, səhər yeməyi də daxil olmaqla.
Qafqaz Resort Oteli – Qəbələ şəhərinin otellərindən biridir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının mənsəbində yerləşir. 20-21 mart tarixində 1 gecəlik standart otaq səhər yeməyi daxil olmaqla 155 AZN-dir.
Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. Bu oteldə 1 günlük gecələmə yəni, 20-21 martda oteldə boş yer qalmayıb. Oteldə yalnız 3 gecəlik mümkündür. 18-21 mart, 19-22 mart, 20-23 tarixlərində qiymət 8 001 AZN-dir.
“Shamakhi Palace Sharadil” – Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir. 20-21 martda oteldə bir gecəlik qiymət 350 AZN təşkil edir.
Sakit Göl Hotel – Bu otel Şamaxıda yerləşir. 20-21 mart tarixlərində oteldə yer qalmayıb. 18-19 martda 2 nəfərlik deluxe göl mənzərəli səhər yeməyi və vergilər də daxil olmaqla 338 AZN təşkil edir.