24 C
Baku
Thursday, September 29, 2022

Novruz Məmmədov sabiq nazir müavininə yeni vəzifə verdi

İllərdir nəqliyyat sahəsində çalışmış, peşəkar kadrlardan olan sabiq nazir müavini Musa Pənahov yeni vəzifəyə təyin edilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov əmr imzalayıb.

Qərara əsasən Musa Pənahov Nazirlər Kabinetində şöbənin müdir muavini təyin olunub. 

Qeyd edək ki, Musa Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb.

1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı – Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

©Baku ws

Son xəbərlər
Oxşar xəbərlər