9 C
Baku
Friday, December 13, 2024

“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilib

Baş nazir Novruz Məmmədov “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nı təsdiq edib.

Banker.az xəbər verir ki, qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərarla “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” təsdiq edilib və “Azərbaycan Respublikasının ərazisində nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli Qərarı ləğv olunub.

Son xəbərlər
Digər xəbərlər