Ötən ay Gürcüstan 200 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.
İllik müqayisədə qonşu ölkənin aldığı elektrik enerjisinin həcmində 10% azalma qeydə alınıb.
Noyabr ayında idxal olunan elektrik enerjisinin 60%-i Rusiya, 40%-i isə Azərbaycanın payına düşüb.
Yanvar-noyabr aylarında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1415 milyon kilovatt/saat təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10% çoxdur.