4 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Noyabrda ən çox ödəniş etmiş sığorta şirkətləri – Renkinq

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin noyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.

2021-ci ilin noyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 197 milyon 468 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Paşa Sığorta şirkətidir. (68 milyon 636 min manat).

Üçüncü yerdə 56 milyon 379 min manat olmaqla Dövlət Sığorta Kommersiya şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 29 milyon 666 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 19 milyon 473 min manat.

Bu il il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta”  (358 min manat), “Xalq Həyat Sığorta” (122 min manat) və “Aqrar Sığorta” (85 min manat) olub. Meqa Həyat sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.

Sığortaçının adı Sığorta ödənişləri (2021-ci il noyabr), min manat
Paşa Həyat Sığorta                        197,468
Paşa Sığorta                           68,636
Dövlət Sığorta Kommersiya Şirkəti                           56,379
Atəşgah Həyat Sığorta Şirkəti                           29,666
Xalq Sığorta                           19,473
A-Qroup Sığorta Şirkəti                           10,441
Atəşgah Sığorta Şirkəti                             9,582
AtaSığorta                             8,332
AzSığorta                             6,765
Qala Sığorta                             5,114
Meqa Sığorta                             4,642
Azərbaycan Sənaye Sığorta                             3,876
Günay Sığorta                             3,685
Qala Həyat Sığorta Şirkəti                             2,648
İpək Yolu Sığorta                             1,511
Bakı Sığorta                             1,067
Naxçıvansığorta                                358
Xalq Həyat Sığorta Şirkəti                                122
Aqrar Sığorta                                  85
Meqa Həyat Sığorta                                   –
Son xəbərlər
Oxşar xəbərlər