Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin noyabr ayı üzrə sığorta sektorunun nəticələrini açıqlayıb.
2021-ci ilin noyabr ayı üzrə hesablanmış sığorta ödənişləri üzrə sektorun lideri “Paşa Həyat Sığorta” şirkəti olub. Bu sığorta şirkəti 197 milyon 468 min manat ödəniş edib. İkinci yerdə ən çox ödəniş edən şirkət isə Paşa Sığorta şirkətidir. (68 milyon 636 min manat).
Üçüncü yerdə 56 milyon 379 min manat olmaqla Dövlət Sığorta Kommersiya şirkəti qərarlaşıb. Dördüncü yerdə olan “Atəşgah Həyat Sığorta” şirkəti 29 milyon 666 min manat sığorta ödənişi edib. 5-ci yerdə qərar tutan “Xalq Sığorta” şirkətidir – 19 milyon 473 min manat.
Bu il il ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Naxçıvansığorta” (358 min manat), “Xalq Həyat Sığorta” (122 min manat) və “Aqrar Sığorta” (85 min manat) olub. Meqa Həyat sığorta şirkəti isə sığorta ödənişi həyata keçirməyib.
Sığortaçının adı | Sığorta ödənişləri (2021-ci il noyabr), min manat |
Paşa Həyat Sığorta | 197,468 |
Paşa Sığorta | 68,636 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 56,379 |
Atəşgah Həyat Sığorta Şirkəti | 29,666 |
Xalq Sığorta | 19,473 |
A-Qroup Sığorta Şirkəti | 10,441 |
Atəşgah Sığorta Şirkəti | 9,582 |
AtaSığorta | 8,332 |
AzSığorta | 6,765 |
Qala Sığorta | 5,114 |
Meqa Sığorta | 4,642 |
Azərbaycan Sənaye Sığorta | 3,876 |
Günay Sığorta | 3,685 |
Qala Həyat Sığorta Şirkəti | 2,648 |
İpək Yolu Sığorta | 1,511 |
Bakı Sığorta | 1,067 |
Naxçıvansığorta | 358 |
Xalq Həyat Sığorta Şirkəti | 122 |
Aqrar Sığorta | 85 |
Meqa Həyat Sığorta | – |