Azərbaycanda 2021-ci ilin noyabr ayı üzrə sığorta şirkətlərinin maliyyə vəziyyəti açıqlanıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ən çox sığorta yığımı edən şirkətlər arasında birinci yeri “Paşa Həyat Sığorta” şirkəti tutur. (285 milyon 245 min manat). İkinci yerdə isə 164 milyon 599 min manat olmaqla “Paşa Sığorta” dayanır. Üçüncü yerdə “Dövlət Sığorta Kommersiya” qərarlaşıb. (55 milyon 231 min manat), 4-cü yerdə “Atəşgah Həyat Sığorta” (39 milyon 272 min manat), 5-ci yerdə isə “Qala Sığorta” (39 milyon 110 min manat).
Noyabr ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (2 milyon 213 min manat), “Meqa Həyat Sığorta” (434 min manat) sığorta şirkətləridir.
Sığortaçının adı | Sığorta Haqqları (2021-ci il noyabr), min manat |
Paşa Həyat Sığorta | 285,245 |
Paşa Sığorta | 164,599 |
Dövlət Sığorta Kommersiya Şirkəti | 55,231 |
Atəşgah Həyat Sığorta Şirkəti | 39,272 |
Qala Sığorta | 39,110 |
Xalq Sığorta | 27,487 |
Meqa Sığorta | 23,722 |
Atəşgah Sığorta Şirkəti | 22,213 |
Qala Həyat Sığorta Şirkəti | 17,793 |
A-Qroup Sığorta Şirkəti | 17,148 |
İpək Yolu Sığorta | 15,577 |
AtaSığorta | 11,401 |
Azərbaycan Sənaye Sığorta | 11,147 |
AzSığorta | 10,341 |
Günay Sığorta | 9,243 |
Xalq Həyat Sığorta Şirkəti | 5,662 |
Aqrar Sığorta | 5,579 |
Bakı Sığorta | 4,496 |
Naxçıvansığorta | 2,213 |
Meqa Həyat Sığorta | 434 |