11 C
Baku
Sunday, March 3, 2024

Noyabrda 1400-dək Yaşıl Kart müqaviləsi bağlanıb

Noyabr ayında Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 367 beynəlxalq sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan Banker.az-a verilən xəbərə görə, bu müqavilələrdən 672 müqavilə Türkiyə və İrana, 644 müqavilə isə Rusiya, Moldova və Ukraynaya, 51 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.

Noyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1125-i minik, 133-ü yük, 98-i qoşqu, 11-i isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

Son xəbərlər
Digər xəbərlər