10 C
Baku
Friday, December 12, 2025

Noyabrda “Anglo Asian Mining”in Gədəbəydəki mis hasilatı rekord həddə yüksəlib: yeni qurğular hasilatı sürətləndirəcək

Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining” Gədəbəydə flotasiya* zavodunda iki yeni böyük filter-press və qalınlaşdırıcının işə düşdüyünü açıqlayıb.

Banker.az xəbər verir ki, bu avadanlıqlar Gilar mədənindən hasil olunan daha yüksək keyfiyyətli filizin emalı üçün alınıb və onların dəyəri 0,5 milyon dollardır. Yeni qurğular mis istehsalını artıracaq.

Şirkət gələn ildən zavodda səmərəliliyi artırmaq üçün əlavə flotasiya xətti də quraşdıracaq. Bu məqsədlə alınmış “Imhoflot Pneumatic” kameralarının quraşdırılması üçün “Proses Mühendislik A.Ş.” ilə 1,6 milyon dollarlıq müqavilə imzalanıb. Hazırda zavodda elektrik və təməl işləri aparılır. Şirkətin 53 190 ton Gilar filizi ehtiyatı var və bu filiz gələn il genişləndirilmiş zavodda emal olunacaq.

Son yeniliklər nəticəsində noyabrda Gədəbəydə mis istehsalı rekord həddə – 688 tona çatıb.

* flotasiya filizdən qiymətli metalların ayrılması üçün istifadə olunan emal prosesidir.

Son xəbərlər
Digər xəbərlər