24 C
Baku
Çərşənbə, May 18, 2022

Noyabrda Azərbaycanda gündəlik 588,9 min barrel xam neft hasil edilib

2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barrel olub. Bunun 588,9 min barrelini xam neft, 119,5 min barrelini isə kondensat təşkil edib.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barrel artırılaraq 647 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barrel həcmində olması nəzərdə tutulurdu.

Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barrel çox, yəni 654 min barrel istehsalına imkan yaradır.

Son xəbərlər
Oxşar xəbərlər