2 C
Baku
Saturday, December 14, 2024

Noyabrda bankların kredit portfeli 422 milyon manata yaxın artıb

Noyabr ayında bankların kredit portfeli 1.9% və ya 421.5 mln. manat artaraq 22,881.2 mln. manat olub.

Banker.az xəbər verir ki, kredit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 54.3% (12,421.2 mln. manat);

ıı) istehlak kreditləri – 30% (6,869.7
mln. manat) və

ııı) ipoteka kreditləri – 15.7% (3,590.3 mln. manat).

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 174.8 mln. manat (1.4%),
118.4 mln. manat (1.8%) və 128.3 mln. manat (3.7%) artıb. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 16.8% və ya 3.3 mlrd. manat artıb. Kredit portfelinin artımının 47.7%-i biznes, 33.9%-i istehlak, qalan 18.4%-i isə ipoteka kreditləri hesabına təmin edilib.

Son xəbərlər
Digər xəbərlər