6 C
Baku
Sunday, December 15, 2024

Noyabrda biznes kreditləri 200 milyon manata yaxın artıb

30 noyabr 2021-ci il tarixində Azərbaycan bankları tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 16 milyard 282 milyon manata çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, müştərilərə verilmiş kreditlər 2021-ci ilin noyabr ayında 284.7 milyon manat, 11 ay ərzində isə (ötən ilin sonuna nisbətən) 2 milyard 125 milyon manat artıb.

Biznes kreditləri 11 ay ərzində 1 milyard 47.9 milyon manat, o cümlədən noyabr ayında 173.8 milyon manat artaraq 9 milyard 526.2 milyon manata çatıb.

İstehlak kreditləri 11 ay ərzində 739.2 milyon manat, o cümlədən noyabr ayında 85.7 milyon manat artaraq 4 milyard 400.4 milyon manata yüksəlib.

İpoteka kreditləri 11 ay ərzində 300.9 milyon manat, o cümlədən noyabr ayında 25.2 milyon manat artaraq 2 milyard 355.4 milyon manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər