8 C
Baku
Sunday, November 17, 2024

Noyabrda dünya əhalisinin sayı 8 milyarda çatacaq

Noyabrın 15-də dünya əhalisinin sayı 8 milyarda çatacaq, 2023-cü ildə Hindistan dünyanın əhalisi ən çox olan ölkəsinə çevriləcək.

Bu proqnoz Birləşmiş Millətlər Təşkilatının “World Population Prospects 2022” məruzəsində yer alıb.

Məruzəni şərh edən BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, ömür uzunluğu, uşaq və ana ölümlərinin azalması səhiyyə sahəsində nailiyyətlərə gətirib çıxarıb.

Məruzədə qeyd olunur ki, hazırda 1950-ci illərdən bəri dünyada doğumun ən az artımı müşahidə edilir. Son onilliklərdə bir çox ölkələrdə doğum əhəmiyyətli dərəcədə azalıb. Təşkilatın son proqnozlarına əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard təşkil edəcək, bundan sonra 10,4 milyarda çatacaq və 2100-cü ilə qədər bu həddə qalacaq.

Son xəbərlər
Digər xəbərlər