5 C
Baku
Bazar, Noyabr 28, 2021

Noyabrın 1-dən bu smartfonlarda “WhatsApp” işləməyəcək

021-ci il noyabrın 1-dən etibarən “WhatsApp” messenceri Android 4.0.1 və daha köhnə versiyalara əsaslanan smartfonların dəstəyini dayandırır. Banker.az xəbər verir ki, bu barədə rəsmi saytda məlumat verilib.

Xidmətdən istifadə etməyə davam etmək üçün Android versiyasını yeniləmək, mümkün deyilsə yeni smartfon almaq lazım olacaq. İnkişafetdiricilər xatırladırlar ki, “WhatsApp” həmçinin iOS 10 və daha yeni versiyalarla işləyən “iPhone”larda işləyəcək.

Ümumilikdə, onlarla smartfon “WhatsApp”ı dəstəkləməyəcək. Onlar sırasında bir neçə “iPhone” modeli, “Sony”, “ZTE”, “LG” və digərləri var.

Son xəbərlər
Oxşar xəbərlər
X