26 C
Baku
Wednesday, April 24, 2024

Noyabrın 11-də “Alibaba”da ümumi satışlar 84.54 mlrd. dolları ötüb

Noyabrın 11-də “Alibaba”nın saytlarında satışların ümumi həcmi 84.54 milyard dolları ötüb.

Banker.az xəbər verir ki, “Saat gecə yarısını keçəndən sonra “Alibaba Group” on üç illik qlobal alış-veriş festivalını rekord 540.3 milyard yuanla (84.54 milyard dollar) başa vurub”, – deyə şirkət bildirib.

Ümumilikdə endirimlərdə 290 min markanın məhsulunu alan 900 milyon insan iştirak edib.

“Elektron ticarət mühiti son dərəcədə dinamik olmağa davam edir, Çin markaları bu gün və gələcəkdə inkişaf edəcək əhəmiyyətli bazar olaraq qalır”, – deyə “Alibaba Group”un prezidenti söyləyib.

Qeyd edək ki, Çində 11 noyabr Subaylar Günü kimi qeyd olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər