10 C
Baku
Thursday, December 12, 2024

Noyabrın 22-dən Vaşinqtonda qapalı yerlərdə tibbi maskaların məcburi taxılması ləğv ediləcək

“Noyabrın 22-də Vaşinqtonda qapalı yerlərdə tibbi maskaların məcburi taxılması ləğv ediləcək”.

Bunu Vaşinqtonun meri Muriel Bouzer tvitter səhifəsində yazıb.

Mer əlavə edib ki, məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, məktəblərdə, kitabxanalarda, yaşayış yerlərində (sığınacaqlar, yataqxanalar, qocalar evləri), eləcə də daha çox insanları qəbul edən müvafiq dövlət qurumlarında maska taxmaq tələbi saxlanılır: “Bundan başqa, ictimai nəqliyyatda, o cümlədən taksilərdə, hava limanlarında səfərlər zamanı maska taxılmalıdır.

Qeyd edək ki, son statistikaya görə, pandemiya başlayandan bəri ABŞ-da 47,2 milyondan çox koronavirusa yoluxma, 764 608 ölüm təsdiqlənib.
Hər iki göstəriciyə görə ölkə dünyada birinci yerdədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər