Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar veriləcək.
Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumatda, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçıların istisna olduğu qeyd olunub.