10 C
Baku
Bazar, Dekabr 5, 2021

Nreal Air adlı yeni AR eynək təqdim olunub

Çinin Nreal şirkəti Nreal Air adlı AR (artırılmış reallıq) eynəyini təqdim edib. Sözügedən AR eynək istehlakçı seqmenti üçün nəzərdə tutulub və xarici görünüşcə adi gün eynəyini xatırladır. Lakin buna baxmayaraq Nreal Air 130 düym-lük ekran keyfiyyətində Youtube videoların izlənməsini və Android oyunların işə salınmasını təklif edir. AR eynəyin çəkisi cəmi 77 qramm təşkil edir. Eynəkdə kamera mövcud olmasa da o, istifadəçilərə 130 düym-lük proeksiyaya ekvivalent olan virtual ekran təklif edir. Sözügedən eynək vasitəsilə Youtube-da müxtəlif videoları və filmləri izləmək, dostlarla ünsiyyətdə olmaq və smartfonun istifadəsi ilə mobil oyunlar oynamaq olar.

Nreal Air 1

Nreal şirkətinin verdiyi məlumata əsasən Nreal Air eynəyi Android və iOS vasitəsilə çalışan bir çox smartfonu dəstəkləyir. Qeyd etmək lazımdır ki, smartfona qoşulma prosesi naqil vasitəsilə reallaşdırılır. Eynəyin linzaları həmçinin UV şüalanmadan qorunma özəlliyinə sahibdirlər və 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. Yeni AR eynək öz erqonomik dizaynı ilə seçilir. İstifadəçi linzaların əyilmə bucaqlarını nizamlaya və onları 3 vəziyyətdən birində fiksləyə bilər. Bununla yanaşı eynəyin kənar hissələri elastik materialdan hazırlanıb. Nreal Air bu ilin dekabr ayında satışa çxıacaq. Şirkət AR eynəyin hansı qiymətə satılacağını hələ bildirməsə də, qeyd edib ki, onun qiyməti 600$-dan aşağı olacaq.

Nreal Air

Son xəbərlər
Oxşar xəbərlər
X