28 C
Baku
Saturday, July 27, 2024

NRYT naziri Türkiyənin İKT şirkətinin rəhbəri ilə görüşüb

“Türkiyənin Rəqəmli Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç ilə görüşdük”.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

O, görüşdə əsasında müzakirə edilən məsələlərə də aydınlıq gətirib:

“Süni intellekt, böyük həcmli məlumatlar və “Hökumət buludu” mövzusunda gələcək əməkdaşlığımızı müzakirə etdik. Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılığa gəldik”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər