Azərbaycan Prezidenti İlham Əliyev 26 noyabr 2019-cu ildə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Banker.az xəbər verir ki, dəyişikliyə əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə inzibati xətaya görə protokol tərtib etmə səlahiyyəti alıb.
Belə ki, həmi siyahıda NRYTN-nin səlahiyyətin İnzibati Xətalar Məcəlləsinin 363-ci bəndindəki qaydaları pozanlara qarşı inzibati protokol tərtib etmə hüququ verib.
Həmin maddədə qeyd edilir ki, telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin texniki vasitələrdən, avadanlıqlardan və ya proqram təminatından istifadə etməklə qarşısının alınması üçün telekommunikasiya operatoru və ya provayderi tərəfindən tədbirlərin görülməməsinə görə – vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.