15 C
Baku
Saturday, May 18, 2024

Nüfuzlu bank deyir ki, indi Avstraliya dolları almaq “fenomenal ticarətdir”

ABŞ iqtisadiyyatının yavaşlaması və Avstraliyada sürətli artım Avstraliya dollarının (AUD) bir ildən çox əvvəl müşahidə olunan səviyyələrə qalxmasına səbəb olacaq. Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu İsveçrə bankı “UBS Group AG”nin Asiya üzrə valyuta rəhbəri bildirib.

Agentlik qeyd edir ki, may ayında 2 illik minimum səviyyəsindən qalxdıqdan sonra Avtraliya dolları dekabrın sonuna qədər bu səviyyədən 11% yüksələrək 76 ABŞ sentinə qədər yüksələ bilər.

“UBS Group AG” gələn ilin birinci rübünün sonuna qədər valyutanın 78 ABŞ sentinə qalxma potensialını mümkün sayır.

“Mənim etmək istədiyim tək ticarət Avstraliya dolları ilə uzunmüddətli olmaqdır – düşünürəm ki, hələ də bu fenomenal ticarətdir”- deyə, bankın əmtəə və Asiya-Sakit Okean valyutaları üzrə rəhbəri Dominic Schnider qeyd edir.

O qeyd edir ki, ABŞ iqtisadiyyatı zəifləyir və Avstraliyada isə bu əksinə artır. Bu da bir sıra treyderləri həmin ölkənin valyutasını almağa meyilləndirəcək.

Avstraliya iqtisadiyyatı ötən rübdə təxmin ediləndən daha sürətli artıb və bu, mərkəzi bank olan Avstraliya Ehtiyat Bankının çərşənbə axşamı keçirilən iclasında faiz dərəcələrini 40 baza bəndi artırma iddiasını gücləndirib.

Buğda ixracatçısı olan ölkə, həmçinin Ukrayna və Hindistandan taxıl tədarükü ilə bağlı qeyri-müəyyənlikdən və Çin Covid məhdudiyyətlərini yumşaltdıqca dəmir filizi qiymətlərindəki artımdan da faydalana bilər.

Bazar ertəsi Asiya ticarətində 1 avtraliya dolları 72.08 ABŞ sentində ticarət olmaqla sabit qalıb.

Risklərin yenidən canlanacağını gözləyən foreks analitikləri, ehtiyat valyutalarında rallilərinin sürətini itirdiyi üçün AUD ilə bağlı mərcləri artırırlar. Avstraliya dolları kanada dollarından sonra bu il 10-luq rəqibləri arasında ən yaxşı nəticə göstərən ikinci valyutadır.

Banka görə, bazarlar artan faiz dərəcələri, yüksələn inflyasiya və Çinin Sıfır COVID siyasətlərinin dünya iqtisadiyyatına təsiri hərəkət etdikcə, qlobal investorlar getdikcə daha həyəcanlanır. Bəziləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha sərt siyasətlərinin resessiyaya səbəb olub-olmayacağı ilə bağlı da götür-qoy edirlər.

0c46b0e078d1daf2e1239a31b60e7c47

Son xəbərlər
 ⁠
Digər xəbərlər