Böyük Britaniyanın ən iri bankı sayılan HSBC xərcləri azaltmaq üçün radikal ölçülərə əl atır. Bank 2016-cı ildə qlobal investisiyaları və yeni işçilərin işə götürülməsini dayandırmağa qərar verib. Bank bütün əməkdaşlarına yeni ölçülər barədə təlimatları göndərib.
Hələ iyun ayında Londonda qərarlaşan şirkət investorlara xərclərini 2017-ci ilə kimi 5 milyard dollar ixtisar edəcəyini və Britaniya sektoru üzrə 8000, qlobal sektor üzrə 25 min iş yerini ləğv edəcəyini bəyan etmişdi.
Britaniyanın maliyyə nəhəngi qlobal iqtisadi artım tempinin zəifləməsindən və bank risklərinə olan qlobal nəzarətin gücləndirilməsindən, böyük ziyan çəkir. İş o yerə çatıb ki, HSBC baş ofisini Londondan başqa şəhərə köçürülməsini nəzərdən keçirir.
İqtisadi çətinliklər azmış kimi “Başı bəlalı” bankın internet və mobil bankçılıq xidmətləri güclü virtual hücuma məruz qalmışdı. Şirkət haker hücumunun sistemdə yaratdığı fəsadları yalnız ötən cümə aradan qaldırdığını elan edib.
ANS Press
Bizi twitterdə izləyin @Bankeraz