-3 C
Baku
Sunday, December 15, 2024

Nüfuzlu bank Rusiyada son 32 ilin ən böyük resessiyasının olacağını deyir

BANKER.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD və ya AYİB) məlumatına görə, Ukraynadakı müharibə və qərbin sərt sanksiyaları 1990-cı illərin əvvəllərindən bəri ən dərin resessiyaya səbəb olduğu üçün Rusiya iqtisadiyyatı bu il 10 faiz kiçiləcək.

Rusiyanın ümumi daxili məhsulu hələ 2023-cü ildə özünə gələcək və uzun müddət ərzində “çox aşağı artımdan” əziyyət çəkəcək.

Bank bildirib ki, xaricdən Rusiya neft və qazının alışını azaldılıb, xarici investorlar ölkədən qaçır və təhsilli rus gəncləri xaricə miqrasiya etməsinə səbəb olub. Lakin ölkənin maliyyə sistemi bu günə qədər qərbdən gələn cavab tədbirlərinin şokuna davam gətirib.

“Rusiya zərbə alacaq. Həyat səviyyəsi də zərbə alacaq”, deyə, EBRD-nin açıqlamasında deyilir. “Amma onlar makroiqtisadi sabitlik baxımından bu şokdan çıxa biləcəklər”.

EBRD bildirib ki, Avropanın şərqindəki müharibə 1970-ci illərdən bəri “ən böyük tədarük şoku”na səbəb olub və bu, Avropadan uzaqda olan aşağı gəlirli ölkələrə ciddi təsir göstərəcək.

Bank, Ukraynanın ötən ay işğalından sonra Rusiya Bankı tərəfindən görülən “sərt” tədbirlərin, o cümlədən faiz dərəcələrinin kəskin artması (20%-ə) və likvidliyin təmin edilməsinin ölkənin bank sisteminin sabitləşməsinə kömək etdiyini deyir.

EBRD-nin yenilənmiş proqnozu Rusiya və Ukrayna arasında “iki-üç ay sonra atəşkəs əldə edəcəyini, lakin sanksiyaların yaxın gələcəkdə də qüvvədə qalacağını” nəzərdə tutur.

Neft və qaz ehtiyacının 90 faizindən çoxunu idxal edən Türkiyə, çox güman ki, lirəyə daha çox təzyiq göstərəcək. Ölkəyə gələn turistlərin beşdə birini ruslar və ukraynalılar təşkil edir.

Bank deyib ki, bu “xüsusi əməliyyatdan” həmçinin Rusiyanın ən iri buğda alıcısı Misirin də əziyyət çəkəcəyini yazır.

 

Son xəbərlər
Digər xəbərlər