15 C
Baku
Sunday, November 24, 2024

Nüfuzlu bank: “Yaxın illərdə neft 190 dollaradək bahalaşa bilər”

Dünyada mövcud olan enerji böhranı nəticəsində neftin qiymətləri sürətlə artır. Bir çox ekspertlərə görə, yaxın vaxtlarda neft 100 dollaradək bahalaşa bilər.

“JP Morgan” bankının hesabatına görə cari ildə neft qiymətləri 64 faiz bahalaşaraq çoxillik rekordu yeniləyib. Neftin bahalaşması nəticəsində qarşıdakı bir neçə ay ərzində illik inflyasiyanın 0,4 faiz arta biləcəyi də qeyd olunub.

Hesabat müəlliflərinə görə, 2025-ci ildə xam neft 190 dollaradək bahalaşa bilər.

Neftin bahalaşması daha çox tələbatla təklif arasında uyğunsuzluqdan irəli gəlir. Belə ki, neft istehlakının bütün dünyada artması müqabilində əsas ixracatçı ölkələr hasilatı artırmaq qərarı verdiyindən bazardakı təklif tələbatdan geri qalır.

Son xəbərlər
Digər xəbərlər