28 C
Baku
Saturday, July 27, 2024

Nümayəndələr Palatası İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi günü Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Qətnamənin lehinə 394 deputat səs verib, 18 nəfər (respublikaçılar) isə əleyhinə çıxıb.

Sənəddə Finlandiya və İsveçin NATO-ya daxil olmaq barədə qərarına dəstək ifadə olunub və Şimali Atlantika Alyansına üzv dövlətlər bu ölkələrin üzvlüklə bağlı müraciətlərini rəsmən dəstəkləməyə çağırılıb.

NATO dövlətlərinin hər biri üzvlük protokollarını ratifikasiya etdikdən sonra Finlandiya və İsveç rəsmi şəkildə NATO-ya daxil ola biləcək. Alyansın baş katibi Yens Stoltenberq bu prosesin bir neçə ay çəkəcəyini deyib.

Qeyd edək ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün alyansa rəsmi müraciət ediblər. Türkiyə əvvəlcə bu məsələ ilə bağlı müzakirələri bloklasa da, sonradan etirazını geri götürüb. İyunun 29-da NATO rəhbərliyi Finlandiya və İsveçi alyansa dəvət etmək qərarına gəlib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər