Güzəştli vergi tutulan ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən əldə etdiyi gəlirlərdən bütün xərclər və vergilər çıxıldıqdan sonra qalan xalis mənfəət baş ofisə köçürülür. Nümayəndəlik tərəfindən güzəştli vergi tutulan ölkədə təsis olunmuş baş ofisə köçürülən məbləğdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən 10 faiz ödəmə mənbəyində vergi tutulmalıdırmı?
Qeyd olunanlara əsasən, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutma öhdəliyi yaranmır. Bununla yanaşı, Vergi Məcəlləsinin 126-cı maddəsinə görə, qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq, daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 125-1-ci və 126-cı maddələri.