12 C
Baku
Monday, November 25, 2024

“Nur Agro 2021” şirkətinin İrandan gətirdiyi bibərlərdə zərərli orqanizm aşkarlandı

Nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İran İslam Respublikasından idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər