5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Nur-Sultanın sakinləri kütləvi şəkildə pullarını nağdlaşdırırlar

Qazaxıstanın Nur-Sultan şəhərinin sakinləri kütləvi şəkildə yeganə işləyən bankdan pul çıxarmağa çalışırlar. Xatırıadaq ki, iki gündür internet olmadığından mağazalarda nağdsız ödəniş yoxdur.

“Halık Bankın Nur-Sultandakı filialında böyük növbə yaranıb. Digər banklar bağlandığından insanlar oradan pul çıxarırlar”, – deyə mesajda bildirilir.

Bundan əvvəl Qazaxıstan Milli Bankı məlumat vermişdi ki, ölkədəki bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetin kəsilməsi fonunda fəaliyyətini dayandırıb.

Banker.az xəbər verir ki, yanvarın 2-dən Qazaxıstanda kütləvi etirazlar dayanmır. Yanacağın kəskin bahalaşması ilə əlaqədar ölkənin qərbində icazəsiz aksiyalar başlayıb, daha sonra hadisələr digər regionlara da yayılıb.

Yanvarın 5-nə keçən gecə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yaranmış vəziyyətə görə günahlandırdığı hökuməti istefaya göndərib. Çərşənbə günü xalqa müraciətində o, yanvarın 5-dən ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini açıqlayıb. Tokayev bildirib ki, o, “mümkün qədər sərt davranmaq niyyətindədir” və Qazaxıstanın paytaxtını tərk etməyi planlaşdırmır.

Son xəbərlər
Oxşar xəbərlər