1 C
Baku
Saturday, December 14, 2024

Nurgün Group koronavirusla mübarizəyə vəsait ayırdı

Azərbaycanın ən iri holdinglərindən olan Nurgün Group korporativ sosial məsuliyyətindən irəli gələrək dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Holding Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ayırıb. 

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir.

Son xəbərlər
Digər xəbərlər