“Nurgun Grup” Məhdud Məsuliyyətli Müəssisə cərimələnir.
Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Elməddin Hüseynovdur.
İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. Onun aparıcı şirkətlərindən olan “Nurgun Motors“ dünya avtomobil istehsalçılarının flaqmanlarından olan “Nissan“, “İnfiniti”, “Ford” və “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.