25 C
Baku
Saturday, July 27, 2024

Nurgun Holding iki vakansiya üzrə işçi axtarır

VAKANSİYA 1: Dizayner 

İş barəsində:

• Şirkət rəhbərliyinin tapşırığı əsasında bədii-tətbiqetmə işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək,
• Bədii və texniki tətbiq layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq,
• Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək,
• Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək,
• Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək,

Tələblər:

• Ali təhsil;
• Dizayn proqramları (Photoshop, Corel Draw)
• İngilis dili bilikləri;
• Yaradıcı olmalı;
• Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
• Yaş həddi – 25-30 arası.
• Xanım namizədlərə üstünlük verilir!

CV göndərərkən mövzu qismində vakansiyanın qeyd olunması xahiş olunur.
Şəkilsiz CV-lərə baxılmayacaq!

E-mail: [email protected]

 


VAKANSİYA 2: Katibə-referent

Tələblər:

• Ali təhsil;
• İngilis və Rus dilləri;
• Kompüter bilikləri;
• Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
• İnkişafa meyilli;
• Perspektivli xanım olmalı;
• Yaş həddi – 25 və yuxarı.

İş barəsində:

• Rəhbərin inzibati-sərəncamverici fəaliyyətinin təşkilati-texniki cəhətdən təmin edilməsi üçün işlər həyata keçirir;
• Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
• Kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
• Rəhbərin tapşırığı ilə məktublar, sorğular və sair sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
• Qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
• Rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

CV göndərərkən mövzu qismində “Katibə-referent” sözünün yazılması mütləqdir!

Son xəbərlər
Digər xəbərlər