13 C
Baku
Saturday, November 23, 2024

“Nurgün Motors” məhkəməyə verildi

Banker.az xəbər verir ki, “Nurgün Motors” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Babək Pənahovun icraatına verilib.

Qeyd edək ki, həmin maddəyə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın(vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər