Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə müvəqqəti icra edən Nuridə Allahyarova vəzifəsindən azad olunub.
Bu barədə o özü məlumat yayıb.
Məlumata görə, N.Allahyarova həmçinin nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən də çıxarılıb.