Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova işindən ayrılıb.
Bu barədə o özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Allahyarova qeyd edib ki, 4 il sözçüsü olduğu qurumda fəaliyyəti bu gün başa çatır: “Əziz dostlar, media mənsubları və dəyərli həmkarlar. Yol bitir, yenisi başlayır. Mənim də DANX ilə müşayət olunan yolum bu gün bitdi. 4 il sizinlə bütün mövzularda açıq müstəvidə ünsiyyət qurduq”.
N. Allahyarova bundan sonra fəaliyyətini harada davam etdirəcəyi barədə məlumat verməyib.