15 C
Baku
Friday, March 29, 2024

Nursultan Nazarbayev Şuranın adının dəyişdirilməsinə təklif edib

Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib.

Report agentliyi xəbər verir ki, bu təklifi N.Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.

“Mənim iki təklifim var. Birincisi “Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi Türkdilli ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsidir. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrimizin Təşkilatı Adlandira bilərik”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir.

Son xəbərlər
Digər xəbərlər