19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Nursultan Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu

Screen Shot 2021 09 02 at 14.34.20

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin başçılıq etdiyi “Nur-Otan” Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

“RİA “Novosti” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Konstantin Petrov seçkilərin yekun nəticələri ilə bağlı açıqlamasında bildirib.

O, qeyd edib ki, Nur-Otan” Partiyası seçicilərin 71,09%-nin səsini yığıb.

“Partiya “Nur-Otan 71,09%-dir”, – Petrov deyib.

MSK-nın məlumatına görə, yeddi faizlik baryeri həmçinin “Ak Jol (“İşıqlı yol”) 10,95%-lə, “Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.

Parlament seçkilərində iştirak etmiş “Aıul” (“Kənd”) və “Adal” (“Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər