6 C
Baku
Wednesday, January 15, 2025

Nursultan Nazarbayevin qardaşı oğlu işdən çıxarılıb

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.

General-leytenant S.Abiş bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunmuşdu.

Qeyd edək ki, o, N.Nazarbayevin kiçik qardaşı Satıbaldının oğludur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər