9 C
Baku
Thursday, December 12, 2024

“Nuts Incorporated” Gürcüstandakı “Ferrero” fındıq bağlarını 18 mln. dollara alıb

“Nuts Incorporated” Gürcüstandakı 1800 hektar “Ferrero” fındıq bağlarını 18 milyon dollara alıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, plantasiyalar Sameqrelo, Senaki, Abaşa və Martvilidə yerləşir, bu barədə “Nuts Incorporated” şirkətinin direktoru Tornike Latatiya məlumat verib.

Şirkət rəhbəri bağların satışının səbəblərini açıqlamasa da qeyd edir ki, hal-hazırda genişlənmə üzərində işləyir. Onun sözlərinə görə, 1800 hektardan 1100-ü becərilir, digər 700 hektar isə şirkətin öz vəsaitləri hesabına bərpa edilir.

Nəticədə şirkət hazırda 2600 hektar meyvə bağını idarə edir ki, bunun da 800 hektarı Mçheta-Mtianeti və Kvemo Kartlidə badam, daha 1800 hektarı isə Sameqreloda fındıq bağlarıdır.

“Satılan məhsulların həcmi və çeşidi şirkət üçün vacibdir. Buna görə badamla yanaşı fındıqla da işə başlamağa qərar verdik. Satış miqyası nə qədər böyükdürsə, qiymət və maya dəyəri də bir o qədər aşağıdır. Buna müvafiq olaraq, həcmi artırmaq planı üzrə gedirik. Fərqli növ fındıq alıcıları adətən eyni anda bir neçə çeşid alırlar. Bizim məqsədimiz istehsalı maraqlı (alıcı üçün) həcmlərə çatdırmaq və tərəfdaşlara məqbul təkliflər verməkdir”, – deyə “Nuts Incorporated”in direktoru söyləyib.

1000 tona qədər fındıq və 100 tona qədər badam – şirkətin 2022-ci il üçün gözləntiləri budur. Yerli istehsalçı məhsullarını əsasən hazırda araşdırdığı ixrac bazarlarında satmağı planlaşdırır.

“Gələn il biz ixrac bazarlarını seçdiyimiz badam bağlarından ilk məhsulu alacağıq. Bu baxımdan ən yüksək alıcılıq qabiliyyətinə malik olan ölkə Almaniyadır. Ondan sonrakı yeri Böyük Britaniya tutur. ABŞ Avropa tələbatının 65%-ni təmin edir, böyük həcmlər sayəsində bu ölkə aşağı qiymət təklif edə bilər, lakin logistika baxımından Gürcüstanın coğrafi mövqeyi rəqabətqabiliyyətlidir. Məsələn, bizə malları çatdırmaq üçün təxminən 5 gün, ABŞ-a isə 1.5 ay vaxt lazımdır. Buna uyğun olaraq, badamın keyfiyyəti və qiyməti cəhətdən onlarla rəqabət aparmağa çalışacağıq.

Fındığa gələndə, ixrac bazarları bir-birindən böyük məsafədə yerləşsə də, biz fındığı badamı ixrac etdiyimiz bazarlara ixrac edəcəyik”, – deyə Tornike Latatiya izah edib.

Son xəbərlər
Digər xəbərlər