13 C
Baku
Friday, November 22, 2024

“Nvidia” 2024-cü ildə Çində 12 mlrd. dollarlıq çip satmağı planlaşdırır

Amerikanın “Nvidia” şirkəti ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq, 2024-cü ildə Çində 12 milyard dollar dəyərində çiplər satmaq niyyətindədir, “Financial Times” yazır.

Qəzet analitiklərin proqnozlarına istinad edərək qeyd edir ki, yaxın aylarda şirkət “çinli müştərilərə süni intellekt prosessorlarının satışına ABŞ tərəfindən qoyulan məhdudiyyətlərin qarşısını almaq üçün nəzərdə tutulmuş” yeni H20 çiplərinin 1 milyondan çoxunu tədarük edəcək.

Hər bir H20 çipinin qiyməti 12 000 ilə 13 000 dollar arasındadır. Beləliklə, FT-nin hesablamalarına görə, “Nvidia”nın satışları 12 milyard dollara çata bilər. “Nvidia” bu proqnozu şərh etməkdən imtina edib.

İyunun əvvəlində “Reuters” mənbələrə istinadən xəbər verdi ki, Fransa antiinhisar tənzimləyicisi “Nvidia”ya qarşı rəqabət əleyhinə fəaliyyətlərə görə ittiham irəli sürmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər