Finlandiyanın “Nokia” şirkəti Amerikanın “Nvidia” şirkətindən süni intellekt (AI) sahəsində tərəfdaşlıq çərçivəsində 1 milyard dollar sərmayə alacaq. Razılaşmaya hər biri 6,01 dollar qiymətində 166 milyon yeni səhm buraxılışını nəzərdə tutulur. “Nokia” açıqlayıb ki, bu vəsaitlərdən 5G və 6G RAN (Radio Access Network – radioəlaqə şəbəkələri) üçün proqram təminatının inkişafını sürətləndirmək və onu Amerika istehsalçısının arxitekturasına uyğunlaşdırmaq məqsədilə istifadə etməyi planlaşdırır. Bundan əlavə, Nokia süni intellekt və bulud xidmətləri bazarında mövqeyini gücləndirmək, eləcə də data mərkəzləri üçün şəbəkə infrastrukturuna investisiya yatırmaq niyyətindədir.
Oktyabrın əvvəlində “Bloomberg” xəbər vermişdi ki, “Nvidia” dünyanın ən varlı insanı İlon Maskın qurduğu “xAI” adlı süni intellekt startapına 2 milyard dollara qədər investisiya edəcək. Bu, 20 milyard dollarlıq maliyyələşdirmə raundunun bir hissəsi olacaq.
Sentyabr ayında isə “Nvidia” və “OpenAI” süni intellekt əsaslı məlumat mərkəzlərinin yaradılması çərçivəsində ABŞ çip istehsalçısının investisiyaları barədə məlumat vermişdilər. Bu investisiyanın ümumi həcmi 100 milyard dollara qədər olacaq.







