14 C
Baku
Friday, November 22, 2024

“Nvidia”, “Apple” və “Microsoft” kapitallaşmaya görə Çinin fond bazarını geridə qoyub

“Bloomberg” ticarət məlumatlarına istinadən yazır ki, “Microsoft”, “Nvidia” və “Apple”ın ümumi bazar dəyəri Çinin birja bazarını ötüb.

Üç ən dəyərli texnologiya şirkətinin ümumi kapitallaşması təxminən 9.2 trilyon dollar təşkil edib. Eyni zamanda, Honлonq Fond Birjası istisna olmaqla, Çin birjalarında aktiv şəkildə satılan bütün səhmlərin ümumi dəyəri təxminən 9 milyard dollardır, “Bloomberg” qeyd edir.

İyunun 5-də keçirilən ticarət nəticəsində “Nvidia”nın bazar dəyəri 3 milyard dolları ötüb, kapitallaşmaya görə “Apple” qabaqlayıb və yalnız “Microsoft”dan geri qalıb. “Bloomberg” yazır ki, 2024-cü ilin əvvəlində “Nvidia” səhmləri təxminən 147% artıb və bu, onun kapitallaşmasını 1.8 trilyon dollar artırıb.

May ayında “Nvidia” 2025-ci maliyyə ilinin birinci rübünün nəticələrini açıqlayıb. Şirkətin xalis mənfəəti illik müqayisədə təxminən 7.3 dəfə artaraq 14.88 milyard dollara çatıb. Mayın 22-də ticarətin açılışında şirkətin kapitallaşması Almaniya fond bazarını üstələyib.

Son xəbərlər
Digər xəbərlər