12 C
Baku
Saturday, November 23, 2024

“Nvidia” “Arm” şirkətini 40 mlrd. dollara alır: niyə bu müqavilə tarixi adlandırılır və nələr dəyişə bilər

Sentyabrın 13-də “Nvidia”, prosessor istehsalı ilə məşğul olan “Arm” şirkətini 40 milyard dollara aldığını açıqlayıb – bu, onun ən böyük və ən vacib müqavilələrindən biridir. 

Verilən məlumata görə, “Nvidia” müqaviləni 18 ay ərzində bağlamağı gözləsə də, bu planlar reallaşmaya bilər: şirkət ABŞ, Çin və Avropa tənzimləyicilərindən təsdiq almalıdır. Bundan əlavə, “Arm”ın ələ keçirilməsi dünyanın əksər prosessor istehsalçılarını potensial problemlərə görə narahat edə bilər. 

Arm nə ilə tanınır

Böyük Britaniyanın “Arm Holdings” şirkəti – yarımkeçiricilər bazarında ən vacib oyunçulardan biridir. O, prosessorları özü istehsal etmir, digər şirkətlər tərəfindən istifadə edilən texnologiyaları inkişaf etdirir və lisenziyalaşdırır. 

Qeyd edək ki, “Arm” prosessorları dünyadakı smartfonların 90%-də, eləcə də tabletlərdə, süni zəka cihazlarında, serverlərdə, şəbəkə infrastrukturunda və digər məhsullardan istifadə olunur. Üstəlik, “Apple”, “Qualcomm”, “Samsung”, “Microsoft”, “Amazon”, “MediaTek”, “Broadcom” və başqaları çiplərini “Arm” prosessorları əsasında buraxırlar. 

2020-ci ildə “Arm” 1550-dən çox lisenziya istifadəçisinin 160 milyarddan çox çip istehsal etdiyini açıqlamışdı. “Apple” gələcək Mac-larda “Intel” deyil, “Arm” prosessorlarından istifadə etməyi planlaşdırır. 

Ümumilikdə, “Arm”ın əməkdaşlar üçün özəlliyi və cəlbediciliyi onun müstəqil və neytral olmasındadır. Belə ki, şirkət çip istehsalçıları ilə rəqabət aparmır. Onun biznes modeli öz prosessorlarını buraxmağa deyil, lisenziyalardan əldə edilən mənfəətə əsaslanır. 

Nvidia videokartlardan başqa nə ilə tanınır

Amerikanın Nvidia şirkəti – ən böyük qrafik çip istehsalçılarından biridir, onun əsas rəqibləri AMD və  “Intel”dır. 

Şirkət yalnız qrafik çiplərin inkişafı ilə deyil, həm də süni zəka texnologiyası ilə işləyən məlumat mərkəzləri və hesablama sistemləri üçün çip istehsalı üzrə ixtisaslaşıb. 

“Nvidia” qrafik çiplərin adi prosessorlardan daha yaxşı işləyə biləcəyini və bununla pul qazanmaq mümkün olduğunu sübut edə bilib: cəmi beş il ərzində şirkətin gəliri ildə 300 milyon dollardan 3 milyard dollaradək yüksəlib. 

O, məlumat mərkəzləri və hesablama sistemləri üçün çip istehsalı sahəsində “Intel” ilə rəqabət aparır: hazırda ikincinin gəliri 20 milyard dollar təşkil edir.

названия

2019-cu ildə “Nvidia” İsrailin şəbəkə və telekommunikasiya avadanlıqları istehsalçısı olan “Mellanox Technologies” şirkətini alıb – o, adapter, kommutator, proqram təminatı və çip tədarükü ilə məşğul olur. 

“Mellanox”un satın alınması “Nvidia”nın məlumat mərkəzləri və hesablama sistemləri üçün çip istehsalı bazarındakı mövqeyini gücləndirib və pandemiya zamanı şirkətin kapitallaşmasını 248 milyard dollar səviyyəsinə çatdırıb. 

названия 1

 

Qeyd edək ki, sentyabrın 14-ü üçün “Intel”in kapitallaşması 209 milyard dollar, “Nvidia”nın kapitallaşması isə 300 milyard dollar təşkil edir. 

Nvidia-nın Arm şirkətini almaqda məqsədi nədir?

“Nvidia”nın rəhbəri Jensen Huang, “Arm” şirkətini almaqda əsas məqsədin “Nvidia”nın texnologiyasını “Arm”a inteqrasiya etmək olduğunu söyləyir. 

Şirkət pilotsuz təyyarələr, robot texnikası, səhiyyə və digər sahələrdə iştirak edən süni zəka texnologiyalarının tədqiqi ilə məşğul olan mərkəz inşa edəcək. Bu məqsədlə “Nvidia” “Arm” prosessorları ilə işləyən superkompüter quracaq. 

названия 2

Lakin mütəxəssislərin fikrincə, bu razılaşma yalnız seni zəka inkişafına deyil, həm də bulud məlumat mərkəzləri sahəsinə də təsir göstərə bilər. Nəşr qeyd edir ki, hər 15 ildən bir İT sənayesinin lideri dəyişir:

1. 70-cı illərdə – IBM

2. 80-cı illərin ortalarında – Windows və Intel

3. 2000-ci illərdə – Apple, Arm, TSMC və Intel. 

Üstünlük qazanan oyunçular ümumi mənfəətin təxminən 80%-ni əldə edirlər – məsələn, Microsoft (fərdi kompüterlər) və Intel (iPhone). 

Server prosessorları bazarında “Nvidia” əsasən “Intel” ilə rəqabət aparır və “Arm” ona bu mübarizədə qalib gəlməyə kömək edə bilər:

1. Smartfonlar böyük məlumatlar generasiya edirlər, bu isə paralel hesablamalar tələb edir. Mütəxəssislərin sözlərinə görə, həmin problemi  “Intel” deyil, yalnız “Nvidia” və “Arm” həll edə bilər.

2. 5G şəbəkələrinin inkişafı səmərəli çiplərə olan tələbatın artmasına gətirib çıxaracaq: səs köməkçiləri, pilotsuz təyyarələr, IoT, robotlar, holoqrafik rabitə.

3. “Arm” texnologiyalarına əsaslanan çiplər istehsal edən TSMC, texnoloji proseslər sahəsində “Intel” geridə qoyaraq, rəqiblərinə əlavə üstünlük qazandırıb.

“Nvidia” öz prosessorlarından başqa, məlumat mərkəzləri və hesablama sistemlərinin inkişaf etdirmək üçün hər şeyə sahibdir – şirkət  Windows + Intel ekosistemi ilə qarşılıqlı əlaqədə olmalıdır, çünki bu prosessorlar “Arm” deyil, x86 arxitekturası üzərində qurulur. 

Bununla yanaşı, “Arm”ın server çiplərinin bazar payı tədricən böyüyür, çünki TSMC texnologiyalarının köməyi ilə “Arm” çipləri “Intel”i geridə qoysa da, özünü tanıda bilməyib. 

Ən yüksək səmərəlilik əldə etmək üçün istehsalçının prosessor və qrafikanı bir qəlibdə birləşdirməsi lazımdır. Bunun üçün “Nvidia” öz prosessoruna sahib olmalıdır, çünki rəqiblər bu istiqamətdə artıq işləyirlər: “Intel” Xe qrafika ilə işləyir, AMD-nin də serverlər bazarındakı payı artır. 

Müqavilə əməkdaşlara və alıcılara necə təsir göstərə bilər

Əvvəla, qeyd etmək lazımdır ki, şirkət müqavilə bağlamaq istəsə də, bunun üçün  ABŞ, Çin, Böyük Britaniya və Avropa İttifaqının təsdiqi tələb olunur. Müqavilə bağlandığı təqdirdə, əməliyyat 18 ay ərzində tamamlanacaq. Şərtlərə görə, “Arm” şirkəti “Nvidia”nın bölmələrindən biri olacaq. 

“Nvidia” tənzimləyicilər tərəfindən bir çox maneələrlə üzləşə bilər. “Arm” prosessor istehsalçısı “Nvidia”nı Çin və ABŞ arasındakı mübahisələrin mərkəzinə qoyacaq: siyasi nöqteyi-nəzərdən amerikan şirkəti müstəqil “britaniyalı”nı almaqla, Çin İT korporasiyalarının texnologiyasını lisenziyalaşdırır. 

названия

Nəşr qeyd edir ki, Çin hökuməti ABŞ-ın sanksiyalarından qorxa bilər? müqavilədən sonra ölkə “Nvidia”nı qadağan edə bilər və onlar “Arm” texnologiyasından məhrum olacaq. 

İstehsalçılar bu müqaviləyə qarşı çıxa bilərlər: “Arm” eksklüziv müqavilələrdən qaçıb, onun əməkdaşları isə “Arm”a güvənib. 

Əgər “Nvidia” öz məhsullarını “Arm” texnologiyaları ilə birləşdirməyə qərar versə (məsələn, ARM Mali qrafik çipini öz GeForce prosessoru ilə), şirkət lisenziyalardan əldə etdiyi gəliri artıra bilər. 

“Əgər “Nvidia” “Arm”ın müstəqil fəaliyyət göstərməyə davam etdiyini və rəqiblərinə texnologiyaya bərabər girişi təmin etdiyini sübut edə bilməsə, “Arm”ın tərəfdaşları alternativ yollar axtara bilərlər – məsələn, RISC-V arxitekturası”, – deyə “CSS Insight”ın analitiki Ceff Blaber qeyd edir. 

 

Son xəbərlər
Digər xəbərlər