23 C
Baku
Thursday, July 17, 2025

“Nvidia” Çin bazarını itirməyinə baxmayaraq proqnozları üstələyib

Rüblük hesabatdan sonra “Nvidia”nın səhmləri 6%-dən çox artıb. Şirkətin nəhəng bazar kapitalını nəzərə alsaq, bu, mütləq mənada təxminən 200 milyard dollardır.

ABŞ administrasiyasının Çinə süni intellekt çiplərinin tədarükünə qadağa qoymasına və bu səbəbdən rüblük 2,5 milyard dollar itkiyə baxmayaraq, gəlir (44 milyard dollar) hələ də illik 69% artaraq gözləntiləri üstələyib.

Şirkətin baş direktoru Jensen Huang Donald Trampın mövqeyinə baxmayaraq, Çin bazarı üçün mübarizəni davam etdirir. “Dünyanın süni intellekt üzrə tədqiqatçılarının yarısı Çindədir, buna görə də Çini fəth edən platforma qlobal liderliyi təmin edəcək”, – Jensen Huang söyləyib.

Çinə artan diqqətdən asılı olmayaraq, “Nvidia”nın son bir neçə həftə ərzində səhm qiymətlərindəki 18% artım başqa bir amillə – Trampın Səudiyyə Ərəbistanı və BƏƏ ilə qarşıdakı süni intellekt müqaviləsi ilə əlaqələndirilir.

Son xəbərlər
Digər xəbərlər