Nvidia Çin şirkətlərinin süni intellekt modelləri ilə rəqabət apara biləcək güclü süni intellekt modeli yaratmaq üçün Poolside startapı ilə 6 milyard dollarlıq razılaşma əldə edib.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Razılaşmaya əsasən, Nvidia Poolside-ın texnologiyasından istifadə hüququ əldə edəcək və şirkətin mühəndislərinin böyük hissəsini işə götürəcək. Nvidia yeni modeli özünün Nemotron layihəsinə inteqrasiya etməyi planlaşdırır.
Yeni modelin Çinin DeepSeek və Kimi K3 kimi süni intellekt sistemləri ilə rəqabət aparması nəzərdə tutulur. Poolside rəhbərliyi isə razılaşmanın süni intellektin az sayda şirkətin nəzarətində olan qapalı texnologiyaya çevrilməsinin qarşısını almağa xidmət etdiyini bildirib.







