12 C
Baku
Monday, November 25, 2024

“Nvidia” Çində gəlirini 34% artırıb

Üçüncü rübün nəticələrini şərh edən “Nvidia”nın maliyyə direktoru Kolett Kress Çində gəlirlərin 34% artdığını vurğulayıb. “Biz Çin bazarının yüksək rəqabətli qalacağını gözləyirik. Müştərilərimizə xidmət göstərərkən biz ixraca nəzarət qaydalarına əməl etməyə davam edəcəyik”, – deyə Kolett Kress əlavə edib.

Onun sözlərinə görə, “Nvidia”nın Çin gəlirini bütövlükdə nəzərə alsaq, o, həcminə görə yalnız ABŞ və Sinqapurdan geri qalır. Çində bu ilin üçüncü rübündə şirkət 5.4 milyard dollar qazanıb ki, bu da dövr üçün ümumi gəlirin 15%-nə bərabərdir. Bir il əvvəl bu səviyyə 22% -ə çatıb, lakin digər coğrafi ərazilərdə şirkətin gəliri daha sürətlə artıb. Məsələn, ABŞ-də iki dəfədən çox, Sinqapurda isə təxminən üç dəfə artım müşahidə edilib.

“Nvidia”nın Çindəki gəliri ardıcıl olaraq 46% və illik müqayisədə 34% artıb. Başqa sözlə desək, “Nvidia” məhsullarının hazırkı təchizat strukturunda server komponentlərinin üstünlük təşkil etməsi nəzərə alınmaqla, hətta artan sanksiyalar şəraitində belə, bu markanın hesablama sürətləndiriciləri artan miqdarda Çinə tədarük edilməyə davam edir. Cari maliyyə ilinin ilk doqquz ayında “Nvidia”nın Çindəki gəliri 38% artaraq 11.6 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər