Amerikanın “Nvidia” şirkəti Çinin “DeepSeek” süni intellekt startapına görə 384 milyard dollar dəyər itirib. Bakı vaxtı ilə saat 16:13-ə olan məlumata görə, “Nvidia” səhmləri 11.5% düşüb. “Nasdaq”a əsasən, gün ərzində bu rəqəm 14%-ə çatıb.
“DeepSeek” dekabr ayında “ChatGPT”nin rəqibini təqdim edib və bildirir ki, onu inkişaf etdirilməsinə 6 milyon dollardan az pul xərcləyib. Xarici rəqabət qabiliyyətinə baxmayaraq, investorların “DeepSeek” haqqında onun hesablama və sorğuların işlənməsi xərcləri ilə bağlı hələ də sualları var.
“Financial Times” yazır ki, “Huawei” Çindəki süni intellekt çip bazarında “Nvidia”nın payını əlindən almağa çalışır. Qəzet yazır ki, Çinin aparıcı süni intellekt şirkətləri “Nvidia” tərəfindən hazırlanmış qrafik prosessorlara güvənir.
Noyabr ayında “Nvidia” bazar kapitallaşmasına görə dünyanın ən dəyərli şirkəti olub. 21 noyabr 2024-cü ildə məlum olub ki, “Nvidia”nın xalis mənfəəti və gəliri maliyyə rübü ərzində demək olar ki, iki dəfə artıb. Əsas artım təbii olaraq məlumat mərkəzlərinin payına düşüb.