Amerikanın videokart və çip istehsalçısı “Nvidia”nın kapitallaşması yenidən 1 trilyon dolları ötüb. Bu, Nyu-York Fond Birjasının iyunun 13-də keçirilən hərracların yekunlarına dair məlumatından görünür.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Bildirilir ki, ticarətin sonuna qədər “Nvidia” səhmləri bir səhm üçün 413.25 dollara yüksəlib. Beləliklə, şirkətin kapitallaşması 1.01 trilyon dollara çatıb.
2023-cü ilin əvvəlindən bəri “Nvidia” səhmləri süni intellekt texnologiyalarına artan marağa görə 180%-dən çox artıb. Mayın 30-da şirkətin kapitallaşması ticarətin ilk saatlarında 1 trilyon dolları ötsə də, günün sonuna bu göstəricidən aşağı düşüb.
“Nvidia” – kapitallaşması 1 trilyon dolları keçən yeddinci Amerika şirkətidir. Əvvəllər bu həddi “Apple”, “Microsoft”, “Alphabet”, “Amazon”, “Tesla” və “Meta” keçib.